Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Region haqqında
Mədəniyyət

Lənkəran

Lənkəranda Heydər Əliyev Mərkəzi, 2 muzey (Tarix-diyarşünaslıq muzeyi, H.Aslanovun ev muzeyi), 1 Dövlət Dram teatrı, 1 Mərkəzi kitabxana 66 kitabxana filialı, 1 Mədəniyyət Mərkəzi, 49 klub və mədəniyyət evi, 2 uşaq musiqi,1 uşaq rəssamlıq məktəbi,1 Dövlər Rəsm qalereyası, Əskər Əliyev adına mədəniyyət və istirahət parkı vardır. Rayonun ərazisində Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 132 nömrəli Qərarına əsasən 21 ölkə əhəmiyyətli arxeoloji, 53 yerli əhəmiyyətli memarlıq, 2 monumental, 2 daş-heykəltaraşlıq və 9 yerli əhəmiyyətli arxeoloji abidə qeydiyyata alınmış və dövlət mühafizəsinə götürülmüşdür. Onların içərisində Dairəvi Qala, Sığon daş qutu nekropolu, Həzi Aslanovun ev-muzeyi, Böyük və Kiçik bazarda olan məscidlər, Mir Əhməd xanın evi (Tarix-diyarşünaslıq muzeyi), Şeyx Zahid və Seyid Xəlifə türbələri turistlərin diqqətini daha çox cəlb edir.

Mərkəzi kitabxanada "Heydər Əliyev İdarəçilik Universiteti", avtomatlaşdırılmış kitabxana sistemi fəaliyyət göstərir. Burada pulsuz olaraq internetdən istifadə üçün şərait yaradılmışdır. Mədəniyyət müəssisələrində əlamətdar və tarixi günlər, dövlət bayramları qeyd olunur, yazıçı və şairlərin yubileyləri, əyləncəli, şoular, ədəbi-bədii gecələr, disputlar, müharibə veteranları ilə görüşlər, musiqi kollektivlərinin iştirakı ilə konsertlər, teatrlaşdırılmış mədəni-kütləvi tədbirlər keçirilir.