Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Region haqqında
Səhiyyə

Astara

Astara rayon Mərkəzi Xəstəxanası

Astara rayon mərkəzi xəstəxanası 1 RMX, 4 kənd sahə xəstəxanası, 11 kənd həkim məntəqəsi, 21 tibb məntəqəsi ilə Astara rayon əhalisinə tibbi xidmət göstərir.
Cəmi rayon mərkəzi xəstəxanası üzrə 186 çarpayılıq stasionar hissə vardır.
Astara rayon mərkəzi xəstəxanası 126 çarpayılıqdır. Rayon mərkəzi xəstəxanasında Cərrahiyyə şöbəsi 30 çarpayılıq, Terapiya şöbəsi 30 çarpayılıq, Mama ginekoloji şöbə 30 çarpayılıq, Uşaq şöbəsi 20 çarpayılıq, İnfeksion şöbə 10 çarpayılıq, Reanimasiya şöbəsi 6 çarpayılıqdır. Bundan əlavə Pəlikəş kəndində 15 çarpayılıq, Kijəbə qəsəbəsində 15 çarpayılıq, Pensər kəndində 15 çarpayılıq və Asxanakəran kəndində 15 çarpayılıq sahə xəstəxanaları fəaliyyət göstərir.
Hər sahə xəstəxanasında 5-i terapevtik, 5 pediatrik, 5 çarpayı isə doğuşa yardım xidməti üçün nəzərdə tutulmuşdur.
Astara rayonunun Kakalos, Şiyəkəran, Hamoşam, Təngərüd, Şahağac, Şuvi, Ojakəran, Suparibağ, Artupa, Ərçivan, Siyaku kəndlərində həkim tibb məntəqələri fəaliyyət göstərir. Həkim tibb məntəqələrində doğuşa yardım xidməti saxlanılmışdır.
Bundan başqa Seləkəran, Məscidməhəllə, Kolatan, Səncərədi, Züngüləş, Bala Şahağac, Maşxan, Amboba, Motlayataq, Siyətük, Telman, Lovayın, Ovala, Burzubənd, Miki, Şümrüd, Sım, Vaqo, Sığaloni, Rinə, Toradi kəndlərində tibb məntəqələri vardır.
2006-cı ildə Artupa həkim məntəqəsi, Suparıbağ həkim məntəqəsi, Bala Şahağac tibb məntəqəsi, Motlayataq tibb məntəqəsi üçün muasir layihə əsasında binalar tikilib istifadəyə verilmişdir.
Rayon mərkəzi Xəstəxanasının əsas binası 1979-cu ildə tikilmişdir. Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə  rayon mərkəzi xəstəxanası əsaslı təmir olunaraq yenidən qurulmuş, müasir inventar və avadanlıqlarla təchiz edilmiş, həyətində yüksək səviyyəli, zövq oxşayan park salınmışdıər. 13 mart 2012-ci il və 04 sentyabr 2013-cü il tarixlərdə xəstəxananın açılışında Azərbaycan Respublikası Prezidenti möhtərəm cənab İlham Əliyev iştirak etmişdir.  
Astara rayon mərkəzi Xəstəxanasında 108 nəfər həkim çalışır. Onun 68 nəfəri kişi, 40 nəfəri qadındır. 455 nəfər orta tibb işçisinin 17-si laborant, 42 nəfəri mama, 396 nəfəri isə tibb bacısıdır. 366 nəfər kiçik tibb işçisi çalışır.


Rayon mərkəzi xəstəxanasının əlaqə telefonları:

Baş həkim Əlövsət Əliyev -025-22 -5-42-24

Baş həkimin müavini Surxay Məmmədov -025-22 -5-14-98

Baş muhasib Mahir Həsənov -025-22 -5-25-26

Cərrahiyyə şöbəsinin müdiri Etibar Cəlilov -025-22 -5-23-87

Poliklinika şöbəsinin müdiri Gülnar Muxtarova -025-22 -5-25-73

Doğum şöbəsinin müdiri Sevil Əliyeva -025-22 -5-10-12

Pediatriya şöbəsinin müdiri Orxan Əmənullayev -025-22 -5-20-87