Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Şəhid ailələrinə və müharibə iştirakçılarına yardımlar davam edir

29.07.2021

44 günlük Vətən müharibəsi müddətində Azərbaycanın ərazi bütövlüyü uğrunda döyüşlərdə qəhrəmanlıqla iştirak etmiş 8 nəfər mədəniyyət işçisi şəhid olub, 10 nəfər mədəniyyət işçisi isə yaralanıb. Mədəniyyət Nazirliyinin dəstəyi ilə şəhid olmuş mədəniyyət işçilərinin ailələrinə və döyüşlərdə yaralanmış mədəniyyət işçilərinə maddi yardım göstərilib.

Eyni zamanda, Regional İdarə tərəfindən şəhid ailələri, döyüşlərdə yaralananlar və müharibə iştirakçıları daim diqqətdə saxlanılır, əlamətdar günlərdə şəhid ailələri ziyarət olunur və problemlərinin həlli məqsədilə müvafiq dəstək tədbirləri görülür.

Cari ilin 29 yanvar tarixindən bu günədək Lənkəran Regional Mədəniyyət İdarəsi tərəfindən 7 qazi və şəhid ailə üzvlərinə maddi yardım göstərilib, 10 şəhid və yaralanmış şəxsin ailə üzvü mədəniyyət müəssisələrində işlə təmin edilmişdir. Onlardan 5 nəfəri şəhidlərin ailə üzvü, 5 nəfəri qazi ailəsinin üzvüdür.

Regional İdarənin bu istiqamətdə fəaliyyəti mütəmadi olaraq davam etdirilir.