Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olundu

02.08.2021

Azərbaycanın birinci vitse-prezidenti,UNESCO-nun və İSESCO-nun xoşməramlı səfiri Mehriban xanım Əliyevanın təşəbbüsü və səyi nəticəsində aşıq sənəti UNESCO-nun qeyri-maddi mədəni irs siyahısına daxil edilmişdir. Azərbaycanın aşıq sənətinə böyük şöhrət qazandıran aşıqlar sırasında Aşıq Ələsgərin adı xüsusi vurğulanır. Aşıq Ələsgər  XIX əsr  Azərbaycan poeziyasının və aşıq sənətinin ən görkəmli nümayəndələrindən biridir.

Ölkə başçısı, cənab prezident İlham Əliyevin 18 fevral 2021-ci il  tarixli sərəncamı ilə bu il ölkəmizdə Aşıq Ələsgərin 200 illik yubileyi qeyd olunur.Bu mü­nasibətlə avqust ayının 2-də Q.Vəliyev adına Lənkəran şəhər Mədəniyyət Mər­kəzi  “Xalqını  duyan və sevən aşıq” adlı  musiqili ədəbi-bədii kompozisiyanı şəhər ictimaiyyətinə təqdim etdi.Kompozisiyanın hazırlanmasındaLənkəran şəhərmədəniyyət klublarının fəalları və dərnəklərin üzvləriyaxından iştirak etmişdir.

 

.