Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Astara rayonunda Milli Qəhrəman Polad Həşimovun büstünün açılışı olub

15.08.2021

Bu gün Astara rayonunun Asxanakəran kəndində Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə qəhrəmancasına həlak olan Azərbaycanın Milli Qəhrəmanı, şəhid General-mayor Polad Həşimovun büstünün açılış mərasimi keçirilib.

Tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin, Astara rayon İcra Hakimiyyətinin, Astara rayon Mədəniyyət Mərkəzinin, Astara rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin, Asxanakəran kənd Diyarşünaslıq klubunun nümayəndələri və şəhid ailələri iştirak etdilər.

Açılış mərasimində çıxış edənlər Azərbaycan Ordusunun Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın erməni işğalçılarından azad olunmasından və qələbəmizdə şəhid General-mayor Polad Həşimovun xüsusi rəşadətindən və döyüş yolundan danışıblar.