Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lerikdə “ Zəfər çələngi “ sərgisi keçirilmişdir.

10.09.2021

 7 sentyabr 2021-ci ildə Lerik Dövlət Rəsm Qalereyası Lerik Rayon Heydər Əliyev Mərkəzi ilə birlikdə Şəhidlərə həsr olunmuş sərgi keçirmişdir. Sərgidə Bakı şəhəri, Şəhid Arif  Vəliyev adına 258 saylı Tam Orta Məktəbin 10-cu sinif şagirdi, İsayev Ayxan Elşən oğlunun hərbi-vətənpərvərlik mövzusunda dekorativ-tətbiqi sənət əsrlərindən ibarət  “ZƏFƏR ÇƏLƏNGİ” adlı əl işləri nümayiş olunmuşdur. İstedadlı məktəbli gənc rəssam İsayev Ayxan Elşən oğlu  46 Lerikli şəhidin adını əbədiləşdirmək üçün, böyük məhəbbət və ehtiramla şəkillərini dekorativ üslubda, plastik çiçək və biserlərlə karton üzərində işləyərək gözəl sənət əsərləri yaratmışdır. Sərgi bir həftə davam edəcək. Sərgiyə baxışdan sonra əsərlər şəhid ailələrinə təqdim olunacaq. 

Sərginin təqdimatından sonra gənc rəssama diplom və hədiyyələr verilmişdir.