Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Kəndlərdə fəaliyyət göstərən mədəniyyət klublarında “Kəndimiz Mərkəzdə” adlı layihəyə strart verildi

22.09.2021

Lənkəran Regional Mədəniyyət idarəsinin təşkilati dəstəyi ilə Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyi tərəfindən kəndlərdə fəaliyyət göstərən mədəniyyət klublarında “Kəndimiz Mərkəzdə” adlı layihəyə start vermişdir.

            Layihənin əsas məqsədi kənd klublarının fəaliyyətini aktivləşdirmək, yaradıcı gəncləri özfəaliyyət kollektivlərinə cəlb etmək, eləcə də Gənclərin İnkişaf və Karyera Mərkəzinin haqqqında gəncləri məlumatlandırmaqdır.

İlk tədbir Boladı-1 kənd folklor klubunda baş tutmuşdur. Tədbir zamanı gənclərlə intellektual və əyləncəli oyunlar keçirilmiş, açıq havada milli kino nümayişi təşkil olunmuşdur.