Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

27 sentyabr – Anım günü Lənkəran şəhərində qeyd olunub

27.09.2021

Sentyabrın 27-də ölkəmizin hər yerində olduğu kimi Lənkəranda da 44 günlük Vətən Müharibəsinin başlanmasının birinci ildönümünə və şəhidlərin əziz xatirəsinə həsr olunmuş kütləvi anım mərasimləri keçirilib. Anım mərasimləri əsaslı tikinti-bərpa işlərindən sonra həmin gün yenidən açılan Şəhidlər Xatirə Kompleksi abidəsi önündən başlanıb. 

Tədbirdə Lənkəran Şəhər İcra Hakimiyyətin başçısı cənab Taleh Qaraşov, millət vəkili Ziyafət Əsgərov, Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov, hüquq mühavizə orqanların rəhbərləri, idarə müəssisə və təşkilat rəhbərləri, şəhidin ailə üzvləri, qazilər, şəhər sakinlər iştirak etmişlər.

Şəhidlərin Anım günü ilə bağlı Lənkəran şəhər Şəhidlər Xiyabanında şəhid, qazi və döyüşçülərin övladlarının iştirakı ilə “Şəhidlər ölməz, vətən bölünməz!” bədii kompazisiya təqdim olundu. Tədbir iştirakçıları şəhidlərimizin xatirəsini 1 dəqiqəlik sükutla yad etdilər. Azərbaycan Respublikasının dövlət himni ifa olundu.

Sonra tədbir iştirakçıları şəhidlərimizi anaraq Şəhidlər Xiyabanına qərənfillər düzdülər.

Anım günü münasibətilə Heydər Əliyev Mərkəzində və mədəniyyət müəsissələrində silsilə tədbirlər davam etdirilib.