Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfəri təmin edən uğurlu hərbi əməliyyatlar

29.09.2021

27 sentyabr 2020-ci il tarixində Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı Azərbaycan Ordusu bütün cəbhə boyu əks-hücuma keçərək 44 gün ərzində erməni qoşunlarını  Azərbaycan ərazisindən qovdu, ölkəmizin ərazi bütövlüyünü bərpa etdi. Sentyabrın 27-dən noyabrın 10-dək olan qısa dövr ərzində həm döyüş meydanında, həm arxa cəbhədə Azərbaycanı qələbəyə aparan mübarizənin şahidi olduq. Ordumuzun həyata keçirdiyi döyüş taktikası Azərbaycanın hərbi qüdrətini bir daha nümayiş etdirdi. Ali Baş Komandanın iradəsi, qətiyyəti sayəsində və formalaşdırdığı güclü Azərbaycan Ordusunun cəbhədə qazandığı uğurlar həm də diplomatik müstəvidə də öz əksini tapdı. Vətən Müharibəsində Azərbaycan Ordusu böyük Zəfərə imza atdı. İgid oğullarımız böyük qəhrəmanlıq göstərdilər. Əsası Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan Milli Ordumuz bu gün Prezident, Ali Baş Komandan cənab lham Əliyevin başçılıq etdiyi Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordu sıralarındadır. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyev hər zaman Azərbaycanda güclü Ordu quruculuğuna böyük diqqət ayırır. Bu gün Azərbaycan Ordusunun arsenalında dünyanın ən güclü və müasir silahları yer alır. Azərbaycan xalqının əzmi və iradəsi, iqtisadi gücü, müasir ordu quruculuğu və xalq-iqtidar birliyi ölkəmizin qələbəsini təmin edən mühüm amillər oldu. Ulu əcdadlarımızın zəngin dövlətçilik və hərb tarixindən ilhamlanan Azərbaycan xalqı daha bir şanlı qəhrəmanlıq salnaməsi yazaraq, özünün qalib xalq olduğunu bütün dünyaya sübut etdi və düşmən üzərində tarixi zəfər çaldı.