Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Zəfərimizi əks etdirən Qarabağ xalçasını daşıyan səyyar avtomobil Lənkəran şəhərində

07.10.2021

Bu gün Vətən müharibəsindəki Zəfərimizə həsr edilən Qarabağ xalçasını daşıyan səyyar avtomobil Lənkəran şəhər Heydər Əliyev Mərkəzinin qarşısında oldu.

Zəfər xalçasına ilmə vurmaq istəyən Lənkəran şəhər sakinləri, Vətən müharibəsi qaziləri və şəhid ailələri səyyar maşına yaxınlaşaraq istəklərini reallaşdırdılar.

“Qarabağ ilmələrdə” - 44 günlük Vətən müharibəsini özündə əks etdirən, birlik və bərabərliyimizin rəmzi olan xalça toxunub başa çatdıqdan sonra Şuşada azad olunmuş torpaqlarımızda sərgilənəcək.

Qeyd edək ki, “Qarabağ ilmələrdə” sosial layihəsi Azərbaycan Jurnalistlər Şəbəkəsi İctimai Birliyinin təşəbbüsü, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, “Azərxalça” və “Təmiz Şəhər”in dəstəyi ilə həyata keçirilir. Qarşıdakı günlər ərzində dəzgah quraşdırılan avtomobil digər bölgələrimizdədə olacaq və vətəndaşlarımızın ilmə-ilmə toxuyacağı “Qarabağ xalçası” 8 noyabr-Zəfər Günü ictimaiyyətə təqdim olunacaq.