Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Lənkəran şəhər mədəniyyət işçilərinin şəhid ailələrinə ziyarəti davam edir

08.10.2021

2021-ci ilin 8 oktyabr tarixində Vətən Müharibəsinin birinci ildönümü ilə əlaqədar Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və Mədəniyyət işçilərin Həmkarlar İttifaqının Lənkəran rayon Komitəsinin sədri Anar Salayev şəhid Sənan Ağazadə Nizami oğlunun qəbrini ziyarət ediblər. Ziyarət zamanı şəhid  Sənan Ağazadənin ailəsi ilə həmsöhbət olub, şəhidin şərəfli döyüş yolundan, vətənpərvərliyindən bəhs ediblər.

Qeyd edək ki, şəhid Sənan Ağazadə 1 may 2000-ci ildə Lənkəran rayonunun Göyşaban kəndində doğulub. Orta məktəbi bitirəndən sonra həqiqi hərbi xidmətə çağrılıb. 1 il 3 ay xidmət etdikdən sonra Vətən Müharibəsinə Füzuli istiqamətində qoşulub. Hədəfi sərrast nişan alması sayəsində düşmənin bir neçə hərbi texnikasını və canlı qüvvəsini məhv edib. 2020-ci il oktyabr ayının 14-də qəhrəmancasına şəhid olub.

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən “Vətən uğrunda” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunmuşdur.