Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Azərbaycan Respublikası Müdafiə Nazirliyinin və Lerik Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə 27 oktyabr 2021-ci il tarixində Lerikdə “Şəhidlər abidə kompleksi”nin açılış mərasimi keçirildi.

27.10.2021

Vətənimizin ərazi bütövlüyü uğrunda qəhrəmanlıq göstərərək şəhidlik zirvəsinə ucalan igidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi.

Lerik Rayon İcra Hakimiyyətinin səlahiyyətlərini icra edən Cəlil Baxşıyev, millət vəkili İqbal Məmmədov, şəhid valideyinləri, Vətən müharibəsi qaziləri çıxış edərək 44 günlük Vətən savaşında şəhidlik məqamına yüksələn igidlərimizi ehtiramla yad etdilər.

Mərasimdə Müdafiə Nazirliyinin hərbi orkestri və solistlərinin ifasında vətənpərvərlik mövzusunda mahnılar səsləndirildi. Azərbaycan Respublikasının Əməkdar incəsənət xadimi, polkovnik Abdulla Qurbani Vətənimizi və şəhidlərimizi tərənnüm edən şeirlər ifa etdi.

Tədbirdə Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov və çoxsaylı mədəniyyət işçiləri iştirak edərək abidə önünə gül-çiçək dəstələri qoydular