Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümü ilə əlaqədar Lənkəran şəhər Mədəniyyət Mərkəzində tədbir keçirilib

17.11.2021

 
Noyabrın 17-də Lənkəran Regional Mədəniyyət İdarəsinin təşkilatçılığı ilə Lənkəran şəhər Mədəniyyət Mərkəzində Yeni Azərbaycan Partiyasının təsis edilməsinin 29-cu ildönümünə həsr olunmuş “Heydər Əliyev yolunun davamçısı” mövzusunda konfrans keçirilib.
Tədbirdə Yeni Azərbaycan Partiyasının qurucusu, Ulu Öndər Heydər Əliyevin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbiri giriş şözu ilə açan Lənkəran Regional Mədəniyyət İdarəsinin rəisi Şahin Şahbazov Yeni Azərbaycan Partiyasının yaranma səbəblərindən danışaraq qeyd edib ki, Azərbaycanda 80-ci illərin sonlarında başlayan xalq hərəkatı, cərəyan edən ictimai-siyasi hadisələr, iqtisadi böhran və digər prosesləri düzgün məcraya yönəltmək məqsədilə YAP-ın təsis edilməsi zərurəti yaranmışdır. 91 nəfər ziyalının imzası ilə Ulu Öndər Heydər Əliyevə müraciət göndərildi. Beləliklə, 1992-ci il noyabrın 21-də Naxçıvan şəhərində Yeni Azərbaycan Partiyasının təsis konfransı keçirildi. YAP yarandığı gündən etibarən Azərbaycanın dövlət müstəqilliyinin qorunub-saxlanılması, ərazi bütövlüyümüzün təmin edilməsi, demokratik, hüquqi, dünyəvi cəmiyyət quruculuğu uğrunda şərəflə mübarizə aparıb. Partiyamız 29 ildə öz məqsəd və məramına uyğun olaraq fəaliyyət göstərib. Zamanın tələbi, xalqın istəyi ilə yaranan və qısa müddətdə ümumxalq partiyasına çevrilən Yeni Azərbaycan Partiyasının bütün uğurlarının arxasında xalqın inamı və bu inamdan irəli gələn dəstəyi dayanır. Xalqımız Ulu Öndər Heydər Əliyevin yaradıcısı olduğu və son 18 ildə cənab Prezident İlham Əliyevin rəhbərlik etdiyi Yeni Azərbaycan Partiyasının uğurlu gələcəyinə böyük inam və etimad göstərir. Ş.Şahbazov çıxışında qeyd edib ki, Vətən müharibəsində Ali Baş Komandanın uğurlu hərbi strategiyası, Müzəffər Azərbaycan Ordusunun şanlı qələbəsi sayəsində Qarabağın işğaldan azad olması cənab Prezident İlham Əliyev tərəfindən aparılan siyasətin düzgünlüyünü, heç bir alternativi olmadığını tam sübut etmişdir.
Daha sonra Lənkəran şəhər İcra Hakimiyyətinin nümayəndəsi, YAP Lənkəran Rayon Təşkilatı Qadınlar şurasının sədr müavini Könül Manafova Yeni Azərbaycan Partiyasının yaranma və formalaşma tarixi, lider partiya olan YAP-ın nailiyyətlərini vurğulayaraq dövlətçilyimizin möhkəmlənməsində önəmli rol oynamış Ümummilli lider Heydər Əliyevin müstəsna xidmətlərinin müasir dövrümüzdə ölkə başçısı, cənab prezident İlham Əliyevin və onun ən yaxın silahdaşı birinci vitse prezident Mehriban xanım Əliyevanın uzaqgörən siyasəti nəticəsində uğurla davam etdirildiyini bildirdi.
Sonda tədbir diskussiya şəraitində davam edib, gənclərin sualları cavablandırılıb.