Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi

Lənkəran Regional Mədəniyyət İdarəsi

Xəbərlər
Xəbərlər
|

“Kəndimiz Mərkəzdə” layihəsi davam edir

24.11.2021

Lənkəran Regional Mədəniyyət İdarəsinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Lənkəran nümayəndəliyinin birgə təşkilatçılığı ilə kəndlərdə fəaliyyət göstərən mədəniyyət evləri və klublarda “Kəndimiz Mərkəzdə” adlı layihə çərçivəsində silsilə tədbirlər davam edir.

Növbəti tədbir Mamusta kənd Folklor Evində baş tutmuşdur. Tədbirdə kəndin ziyalıları və gənclər iştirak etmişdir.

Layihənin əsas məqsədi kəndlərdəki mədəniyyət müəssisələrinin fəaliyyətini aktivləşdirmək, yaradıcı gəncləri özfəaliyyət kollektivlərinə cəlb etmək, gənclərin asudə vaxtının səmərəli təşkili, eləcə də Gənclərin İnkişaf və Karyera Mərkəzi haqqında gəncləri məlumatlandırmaqdır.